18.05.2026

Ayaqların yuxarı qaldırılması qan dövranını necə yaxşılaşdırır?

Ayaqların yuxarı qaldırılması qan dövranını necə yaxşılaşdırır?

Ayaqların yuxarı qaldırılması qan dövranı və ayaqlarınızın sağlamlığının yaxşılaşdırılması üçün sadə bir üsuldur. Əgər uzun müddət oturursunuzsa və ya ayaqüstə durursunuzsa və ya damar çatışmazlığı səbəbindən ayaqlarınızda şişmə olursa, ayaqların yuxarı qaldırılması çox faydalı ola bilər.1

Qan Dövranı Prosesinin Əsasları

Ayaqları qaldırmağın qan dövranına təsirini anlamaq üçün ürək-damar sisteminin əsaslarını bilmək vacibdir. Ürək-damar sistemi ürək, arteriyalar, venalar və kapilyarlardan ibarətdir. Arteriyalar oksigenli qanı ürəkdən bədəndəki müxtəlif toxumalara və orqanlara aparır. Digər tərəfdən, venalar oksigensiz (dezoksigenləşmiş) qanı ürəyə geri daşıyır. Arteriyalardan fərqli olaraq, venalar, xüsusilə aşağı ətraflarda, qanı yerin cazibə qüvvəsinə qarşı daşımaq kimi çətin bir vəzifəni yerinə yetirirlər. Venalardakı klapanlar qanın geri axınını önləyir, amma uzun müddət ayaqüstə durmaq və ya oturmaq bu klapanları zəiflədə bilər, bu da qan dövranının pisləşməsinə, şişkinliyə və narahatlığa gətirib çıxara bilər.2

Ayaqların yuxarı qaldırılması sizə necə kömək edə bilər:

Ayaqları yuxarı qaldırmaq dedikdə, ayaqların ürək səviyyəsindən yuxarıya qaldırılması nəzərdə tutur. Bu vəziyyət yerin cazibə qüvvəsindən istifadə edərək venoz geri qan axınını asanlaşdırır və qan aşağı ətraflardan ürəyə daha səmərəli şəkildə geri axa bilir. Ayaqların yuxarı qaldırılmasının faydaları bunlardır:

  1. Venoz geri qan axınının güclənməsi: Ayaqların qaldırılması venalarda hidrostatik təzyiqi və klapanlara düşən gərginliyi azaldır. Bu qanın ürəyə geri axının asanlaşdırır, sağlam qan dövranına yardım edir.
  2. Ödem və şişkinliyin azalması: Ayaqların yuxarı qaldırılması bədəndə maye ləngiməsini azaltmağa kömək edir və topuq, pəncə və ayaqlarda şişkinliyi yüngülləşdirir. Maye ləngiməsini azaldaraq, bu vəziyyət narahatlığı azaldır və maye tarazlığının bərabərləşməsinə yardım edir.
  3. Limfa drenajının yaxşılaşması: Limfa sistemi, bədəndən tullantıları və toksinləri çıxarmağa görə cavabdehdir və ürək-damar sistemi ilə sıx əlaqədə olur. Ayaqların yuxarı qaldırılması limfa drenajına kömək edir, toksinlərin bədəndən çıxarılmasını dəstəkləyir və iltihabı azaldır.
  4. Ayaq yorğunluğunun və narahatlığın yüngülləşdirilməsi: Uzun müddət oturmaq və ya ayaqüstə dayanmaq ayaqlarda yorğunluq və narahatlıq yarada bilər. Ayaqların qaldırılması qan axınını optimallaşdırmağa kömək edir, beləliklə bu simptomları yüngülləşdirir və rahatlıq hissini artırır.
  5. Damar xəstəliklərinin profilaktikası: Ayaqların müntəzəm olaraq qaldırılması damarların varikoz genişlənməsi kimi damar xəstəliklərinin qarşısını almaqda profilaktik rol oynaya bilər. Ayaqların qaldırılması qan dövranını yaxşılaşdıraraq və venalara düşən təzyiqi azaldaraq bu xəstəliklərin başvermə riskini azaldır.

Ayaqların yuxarı qaldırılması üçün ən yaxşı üsullar:

Ayaqların qaldırmasından maksimal dərəcədə faydalanmaq üçün aşağıdakı faydalı üsulları nəzərə almaq vacibdir:

  1. Ayaqlarınızı ürək səviyyəsindən daha yuxarıya qaldırın: Optimal nəticələr əldə etmək üçün ayaqlarınızı ürək səviyyəsindən daha yuxarıya qaldırın. İstədiyiniz hündürlüyü əldə etmək üçün yastıqlardan və ya açılan kreslodan istifadə edin.
  2. Ardıcıllığa riayət edin: Ayaqların qaldırılmasını gündəlik vərdişlərinizə əlavə edin. Ayaqlarınızı müntəzəm olaraq gündə bir neçə dəfə, 15‑30 dəqiqəlik intervallarla qaldırmağa çalışın.
  3. Hərəkət etməyi unutmayın: Ayaqların yuxarı qaldırılması müntəzəm fiziki məşqləri əvəz etməməlidir. Ayaqların qaldırmasını mülayim idman fəaliyyəti ilə, məsələn, gəzinti və ya dartınma ilə birləşdirərək qan dövranını daha da yaxşılaşdıra bilərsiniz.
  4. Tibbi məsləhət alın: Əgər ürək-damar xəstəlikləri, şəkərli diabet və ya başqa xroniki xəstəlikdən əziyyət çəkirsinizsə, ayaqları qaldırma vərdişinə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.

Nəticə olaraq, ayaqların qaldırılması qan dövranını yaxşılaşdıran, şişkinliyi azaldan və ayaqların ümumi vəziyyətini yaxşılaşdıran sadə, amma güclü bir üsuldur.

Əgər ayaqlarınızda davamlı və ya getdikcə pisləşən ‘ağırlıq’ simptomları varsa, həkiminizlə və ya əczaçınızla məsləhətləşməyiniz vacibdir. Yalnız onlar flebopatiyanın əlamətlərini azaltmaq məqsədi ilə venoaktiv dərmanlar kimi müalicə üsulları barədə sizin vəziyyətinizə uyğun dəyərli məsləhətlər verə bilərlər.

[1] health.ucdavis.edu. (n.d.). Chronic Venous Insufficiency | Vascular Center | UC Davis Health. [online] Available at: https://health.ucdavis.edu/vascular/diseases/cvi.html#:~:text=Treatment%20for%20chronic%20venous%20insufficiency&text=Elevation%3A%20Elevating%20the%20legs%20can

[1] Mayo Clinic. (2021, August 26). Varicose Veins. Retrieved from https://www.mayoclinic.org/diseases-conditions/varicose-veins/symptoms-causes/syc-20350643

2026